
Azərbaycandan Ermənistana neft məhsullarının növbəti partiyası ixrac olunub.
Bu barədə "Azərbaycan Dəmir Yolları" QSC-dən (ADY) bildirilib.
Belə ki, mayın 9-da Ermənistana 8 vaqon (479 ton) dizel yanacağı göndərilib.
Eyni zamanda, Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə 6 vaqondan ibarət, çəkisi 402 ton olan gübrə yola salınıb.
Xatırladaq ki, indiyədək Azərbaycandan Ermənistana 8500 tondan çox dizel, 979 ton Aİ-92 benzini və 2955 ton Aİ-95 benzini ixrac olunub.
Qeyd edək ki, indiyədək Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə 27 min tondan çox taxıl, 4000 ton gübrə, 133 ton alüminium və 68 ton qarabaşaq göndərilib.


