
RegionTV.info BAKU.WS-ə istinadən xəbər verir ki, DİM sədri mövzu ilə bağlı mətnin “Abituriyent” jurnalının ikinci sayında dərc olunacağını bildirib.
"Müəyyən məsələlərin dərsliklərdə öz əksini tapması obyektiv səbəblərdən gecikə bilər. Yeni dərsliklərin istifadəyə verilməsi zaman alır. Ona görə də biz Vətən müharibəsinə aid mövzuların “Abituriyent” 1 jurnalında, həmin mövzulara aid məqalələrin isə “Abituriyent” 2 jurnalında dərc edəcəyik", - deyə Məleykə Abbaszadə vurğulayıb.