Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Şadlıq sarayının fəaliyyəti dayandırıldı - FOTO

Şadlıq sarayının fəaliyyəti dayandırıldı - FOTO

Qusarda yanğın təhlükəli şadlıq sarayının fəaliyyəti dayandırılıb.

Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindənverilən xəbərə görə, Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən Qusar şəhərində yerləşən “Pəri” şadlıq sarayında keçirilən yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində çoxsaylı nöqsanların mövcud olduğu, həmin nöqsanların insan həyatı və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa təhlükə yaratdığı müəyyən edilib.

Bildirilib ki, mövcud vəziyyət onu göstərir ki, obyektin istismarının davam etdirilməsi nəticəsində orada hər an baş verə biləcək yanğın qısa müddətdə genişlənərək faciəni qaçılmaz edəcək.

Yanğın təhlükəsizliyi norma və qaydalarının tələblərinin kobud pozulması faktları aşkar edilmiş şadlıq sarayının fəaliyyətinin dayandırılması barədə qərar qəbul olunub.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
X-də
Teleqram-da
YouTube-də