Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

"Gülməli, bəlkə də ağlamalı vəziyyətdir" - Məleykə Abbaszadə

Bəzən təəssüf ki, abituriyentlər ixtisas seçimində öz maraq və qabiliyyətlərini deyil, başqalarının təsiri ilə dəbdə olan ixtisasları seçirlər. 

bunu "ASAN Radio"ya açıqlamasında DİM sədri  Məleykə Abbaszadə deyib. 

Onun sözlərinə görə, gülməli, bəlkə də ağlamalı vəziyyətdir ki, riyaziyyat üzrə ilkin imtahanda aşağı nəticə göstərənlər belə birinci ixtisas qrupunu seçirlər. Çox güman ki, bunun səbəbi həmin qrupda plan yerlərinin çox olması və qəbul ehtimalının daha yüksək görünməsidir.

Lakin ixtisas seçimi zamanı yalnız bugünkü vəziyyəti deyil, əmək bazarının 4-5 ildən sonrakı perspektivini də nəzərə almaq vacibdir. Əmək bazarı sürətlə dəyişir və yaxın gələcəkdə bəzi sahələrdə insan əməyini süni intellekt əvəz edəcək.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
X-də
Teleqram-da
YouTube-də