Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Mal ətinin baha və ucuz olduğu ölkələr - Siyahıda Azərbaycanda da var

Mal ətinin baha və ucuz olduğu ölkələr - Siyahıda Azərbaycanda da var

Azərbaycanda ərzaq mağazalarında 1 kiloqram mal ətinin orta qiyməti 17 manat 90 qəpik (10,53 ABŞ dolları) təşkil edir.

Beynəlxalq tədqiqat təşkilatı Numbeo-nun yenilənmiş məlumatlarına istinadən xəbər verir ki, bu göstərici ilə ölkə 103 dövlət arasında aparılan reytinqdə 70-ci pillədə qərarlaşıb.

Araşdırmaya görə, region ölkələri arasında mal əti qiymətləri fərqlənir. Belə ki, Türkiyədə 1 kiloqram mal ətinin orta qiyməti 20,01 dollar (34 manat 2 qəpik), Ermənistanda 12,28 dollar (20 manat 88 qəpik), Rusiyada 10,90 dollar (18 manat 50 qəpik), Gürcüstanda isə 9,78 dollar (16 manat 63 qəpik) təşkil edir. Bununla da, Türkiyə reytinqdə 17-ci , Ermənistan 52-ci, Rusiya 65-ci, Gürcüstan isə 75-ci pillədə qərarlaşıb. Məlumata görə, Gürcüstanda mal əti qonşu ölkələrlə müqayisədə ən ucuz, Türkiyədə isə ən bahadır.

Dünya üzrə göstəricilərə gəlincə, ən bahalı mal əti İsveçrədə satılır və burada qiymət 45 dollardan (76 manat 50 qəpik) çoxdur. Ən ucuz mal əti isə Pakistanda qeydə alınıb - təxminən 4,68 dollar (7 manat 96 qəpik).

Numbeo məlumatına əsasən, mal ətinin ən bahalı olduğu ölkələr sırasında İsveçrə (45,75 dollar) ilə yanaşı, Norveç 32,82 dollar (55 manat 79 qəpik), Lüksemburq 27,74 dollar (47 manat 16 qəpik), Cənubi Koreya 25,28 dollar (42 manat 98 qəpik) və Sinqapur 24,85 dollar (42 manat 25 qəpik) yer alır. Bu ölkələrin reytinqdə yerləri müvafiq olaraq 1-ci, 2-ci, 3-cü, 4-cü və 5-cidir.

Mal ətinin ən ucuz olduğu ölkələr isə Pakistan 4,68 dollar (7 manat 96 qəpik), Nigeriya 4,73 dollar (8 manat 4 qəpik), Keniya 5,23 dollar (8 manat 89 qəpik), Hindistan 5,25 dollar (8 manat 92 qəpik) və Nepal 5,36 dollar (9 manat 11 qəpik) hesab olunur.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
X-də
Teleqram-da
YouTube-də