Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Fənn Müsabiqələri və Lütfi Zadə Olimpiadasının yarımfinalı keçirilib

Respublika Fənn Müsabiqələrinin və Lütfi Zadə adına Riyaziyyat-Məntiq Olimpiadasının yarımfinal mərhələsi keçirilib.

protest.az xəbər verir ki, mayın 2-də təşkil olunan imtahan ölkə üzrə 20 şəhər və rayonda yerləşən 32 imtahan binasında təşkil edilib. Yarımfinal mərhələsində 10 583 nəfər şagird iştirak hüququ qazanmışdı.

Yarımfinal mərhələsində şagirdlərə 120 dəqiqə ərzində müvafiq istiqamət üzrə 25 qapalı tipli test tapşırığı təqdim olunub. Qiymətləndirmə meyarlarına əsasən, suallar müxtəlif bal aralığında dəyərləndiriləcək.

Qaydaların pozulması halı qeydə alındığı üçün 8 nəfər şagirdin yazı işi ləğv edilib.

Müsabiqənin nəticələrinin 14 may 2026-cı il tarixindən etibarən elan olunması nəzərdə tutulur. Hər bir istiqamət üzrə finalçıların sayı və keçid balları nəticələrlə birlikdə açıqlanacaq.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
X-də
Teleqram-da
YouTube-də