Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

"Sabah" səfərdə "Şamaxı"ya qalib gəlib

"Sabah" səfərdə "Şamaxı"ya qalib gəlib

Misli Premyer Liqasının XXX turunda "Sabah" səfərdə "Şamaxı"ya qalib gəlib.

Cari mövsüm çempionluğu rəsmiləşdirən "bayquşlar" səfərdə 3:0 hesablı qələbəyə seviniblər.

Qolları Stiv Solvet (37), Coy-Lens Mikels (77) və Umarali Raxmonaliyev (90+1 pen.) vurublar.

Lider "Sabah" xallarının sayını 75-ə çatdırıb. "Şamaxı" isə 35 xalla səkkizinci sırada qalıb.

Qeyd edək ki, tura mayın 4-də yekun vurulacaq. Ötən gün "Kəpəz" "Sumqayıt"ı 2:1, "İmişli" "Araz-Naxçıvan"ı 1:0 hesabı ilə üstələyib.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
X-də
Teleqram-da
YouTube-də