Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

ABŞ bu ölkədən minlərlə hərbçisini çıxarır

ABŞ bu ölkədən minlərlə hərbçisini çıxarır

ABŞ Almaniyadan təxminən 5 min hərbçisini çıxarmağı planlaşdırır.

"Fox News"un jurnalisti Jackie Heinrich sosial şəbəkə X-də yazıb.

Onun sözlərinə görə, qərar ABŞ Müdafiə Nazirliyinin Avropadakı qüvvələrinin yerləşdirilməsinin hərtərəfli yenidən nəzərdən keçirilməsinin nəticəsi olaraq qəbul edilib. Jurnalist Sean Parnell adlı Pentaqon nümayəndəsinə istinadən bildirib ki, bu addım həm hərbi əməliyyatlar teatrının tələbləri, həm də mövcud vəziyyət nəzərə alınmaqla verilib.

Məlumata görə, ABŞ hərbçilərinin Almaniyadan çıxarılması prosesinin 6 aydan 1 ilə qədər davam edəcəyi gözlənilir.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
X-də
Teleqram-da
YouTube-də