Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Diplomatlar Şuşada yeni məscidlə tanış oldu - VİDEO

Diplomatlar Şuşada yeni məscidlə tanış oldu - VİDEO

Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələrinin Qarabağa səfəri davam edir.

Səfərin ikinci günündə nümayəndə heyəti Şuşa şəhərində inşa edilən yeni məscidlə tanış olub.

Qeyd olunub ki, məscidin memarlıq quruluşu rəmzi məna daşıyır. Belə ki, tikilinin forması 8 rəqəmini xatırladır və bu, Şuşanın azad edildiyi Zəfər Gününə işarədir. Eyni zamanda, məscidin iki minarəsi 11-ci ayı simvolizə edir.

Diplomatik korpus nümayəndələri məscidin memarlıq xüsusiyyətləri və görülən işlərlə bağlı ətraflı məlumatlandırılıblar. Məlumat üçün bildirək ki, məscidin təməli 2021-ci ildə Prezident İlham Əliyev tərəfindən qoyulub.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
X-də
Teleqram-da
YouTube-də