Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Meta-da kütləvi ixtisarların səbəbi: AI üçün milyardlar xərclənir

Meta-da kütləvi ixtisarların səbəbi: AI üçün milyardlar xərclənir

Meta şirkətində planlaşdırılan kütləvi ixtisarların əsas səbəbi artıq rəsmi şəkildə açıqlanıb.

Bu barədə TNW platforması məlumat yayıb. Bildirilib ki, Mark Zuckerberg əməkdaşlarla keçirilən daxili görüşdə bildirib ki, bu qərar birbaşa süni intellekt infrastrukturu üçün artan xərclərlə bağlıdır.

 Zuckerbergin sözlərinə görə, Meta-nın iki əsas xərc istiqaməti var: texnoloji infrastruktur və işçi qüvvəsi. Şirkət AI sahəsinə daha çox investisiya yatırdıqca, digər sahələrdə, xüsusilə də əməkdaş sayında azalma qaçılmaz olur.

 Şirkət 2026-cı il üçün kapital xərclərini 125–145 milyard dollar aralığına qədər artırıb. Bu vəsait əsasən data mərkəzləri, GPU-lar və süni intellekt modellərinin inkişafına yönəldilir. Bu artım fonunda Meta təxminən 8 min əməkdaşını ixtisar etməyi planlaşdırır və gələcəkdə əlavə ixtisarların da istisna olunmadığı bildirilib.

 Zuckerberg həmçinin qeyd edib ki, ixtisarlar birbaşa AI-ın işçiləri əvəz etməsi ilə bağlı deyil. Onun sözlərinə görə, şirkət daxilində AI alətləri məhsuldarlığı artırsa da, əsas məsələ resursların hansı sahəyə yönəldilməsidir. Bununla belə, o, gələcəkdə vəziyyətin necə dəyişəcəyinin hələ tam aydın olmadığını da etiraf edib.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
X-də
Teleqram-da
YouTube-də