Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

ABŞ-nin hərbi gəmisi yandı

ABŞ-nin hərbi gəmisi yandı

ABŞ-nin Hind-Sakit okean komandanlığının zonasında "USS Higgins" esminesinin göyərtəsində yanğın baş verib, xəsarət alanlar barədə məlumat daxil olmayıb.

Bu barədə "CBS News" telekanalı mənbələrə istinadən məlumat yayıb.

Yanğının səbəbləri və zədənin miqyası barədə təfərrüat məlum deyil.

"Marinetraffic" gəmi izləmə xidmətinin məlumatına görə, fevral ayında esmines Sinqapur limanında olub. "USS Higgins" ABŞ Hərbi Dəniz Qüvvələrinin Asiyada mövcudluğunu təmin etmək üçün dayaq hərbi gəmisidir.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
X-də
Teleqram-da
YouTube-də