Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Makron qədim Azərbaycan şəhərini ziyarət edəcək 

Makron qədim Azərbaycan şəhərini ziyarət edəcək 
Fransa Prezidenti Emmanuel Makron mayın 5-də Ermənistana səfəri çərçivəsində tarixi Azərbaycan şəhəri, hazırda Ermənistanın ikinci ən böyük şəhəri sayılan Gümrüdə keçiriləcək böyük konsertdə iştirak edəcək.

Bu barədə Ermənistan hökumətinin iclasına təqdim olunan layihədə qeyd olunub.

Məlumata görə, konsertin təşkili üçün təxminən 393 milyon dram (1 milyon dollardan çox) vəsait ayrılması nəzərdə tutulur.

Qeyd olunur ki, tədbir Gümrü şəhərinin Vardanants meydanında keçiriləcək və Ermənistan-Fransa dostluğuna, eləcə də mədəni əməkdaşlığın inkişafına həsr olunacaq.

Konsert proqramında erməni və fransız mövzusunda musiqilər səsləndiriləcək, çıxışları tanınmış erməni və fransız ifaçılar təqdim edəcək. Onları Ermənistan Dövlət Simfonik Orkestri müşayiət edəcək.

Hökumət bildirir ki, konsert üçün Gümrünün seçilməsi təsadüfi deyil. Şəhərdə fransız dilinə və mədəniyyətinə maraq böyükdür ki, bu da 1988-ci il zəlzələsindən sonra Fransanın göstərdiyi dəstək ilə əlaqələndirilir.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
X-də
Teleqram-da
YouTube-də