Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Qurban bayramında 5 gün iş olmayacaq

Qurban bayramında 5 gün iş olmayacaq

May ayında Qurban bayramı və Müstəqillik günü ilə əlaqədar 5 gün ardıcıl qeyri-iş günü olacaq.

 Nazirlər Kabinetinin 2 dekabr 2025-ci il tarixli qərarına əsasən, bu il mayın 27, 28-i Qurban bayramıdır.

Müstəqillik günü (28 may) iş günü hesab edilmir. Əmək Məcəlləsinə görə, Qurban bayramı iş günü hesab olunmayan başqa bayram günü ilə üst-üstə düşdükdə növbəti iş günü istirahət günü hesab edilir.

Bu il Qurban bayramı Müstəqillik günü ilə üst-üstə düşdüyü üçün növbəti gün – 29 may istirahət günü olacaq.
Eyni zamanda bu il 30 may şənbə, 31 may bazar gününə təsadüf edir.

Beləliklə, 27, 28, 29, 30 və 31 mayda ardıcıl iş olmayacaq.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
X-də
Teleqram-da
YouTube-də