
RegionTV.info "Bloodyelbow" nəşrinə istinadən xəbər verir ki, idmançı 2015-ci ildə kütləvi dava zamanı bir nəfəri öldürməkdə günahlandırılıb.
İranın yunan-Roma güləşi üzrə olimpiya, 6 qat dünya və 2 qat Asiya çempionu Həmid Soryan Reyhanpur mərhumun ailəsindən Hüseynini əfv etmələrini xahiş edib. Lakin bu xahiş nəticəsiz qalıb və hökm icra edilib.
Qeyd edək ki, 2020-ci ilin sentyabrında İranda daha bir güləşçi Navid Əfkari edam olunub. Səbəb kimi onun bir nəfəri öldürməsi göstərilib. Lakin hüquq müdafiəçiləri Əfkarinin 2018-ci ilin yayında etiraz aksiyalarında iştirakı səbəbindən edam olunduğunu bildiriblər.
Pravda.az