Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Somali sahillərində tankerə HÜCUM

Somali sahillərində tankerə HÜCUM

Böyük Britaniya Hərbi Dəniz Qüvvələrinin tabeliyində fəaliyyət göstərən Böyük Britaniyanın Dəniz Ticarət Əməliyyatları Mərkəzi (UKMTO) Somali sahilləri yaxınlığında tankerin naməlum şəxslər tərəfindən ələ keçirildiyini açıqlayıb.

İnsident Somali ərazisində yerləşən Mareyo şəhərindən 45 dəniz mili (təxminən 83 km) şimal-şərq istiqamətində qeydə alınıb. Hərbi qurumun açıqlamasına əsasən, naməlum şəxslər tankeri ələ keçirərək onu Somali ərazi sularında 77 dəniz mili (təxminən 143 km) cənuba doğru hərəkət etdiriblər.

Hadisə ilə bağlı əlavə detallar açıqlanmır. Gəmilərə sözügedən ərazidən keçərkən ehtiyatlı olmaları və şübhəli fəaliyyətlə qarşılaşdıqları halda dərhal məlumat vermələri tövsiyə edilir.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
X-də
Teleqram-da
YouTube-də