
Çin Xalq Respublikasının Xarici İşlər Nazirliyi ölkə vətəndaşlarına İran ərazisini tərk etməyi və ya daha təhlükəsiz bölgələrə köçməyi tövsiyə edib.
Rəsmi Pekin bölgədəki vəziyyəti “mürəkkəb və qeyri-sabit” kimi qiymətləndirərək, vətəndaşlarına təcili tədbir görməyi məsləhət görüb.
Bununla yanaşı, Çin vətəndaşlarına İrana səfərlərdən tam şəkildə çəkinmək tövsiyə olunub.


