Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

İran aeroportları açdı - Bakıdan Tehrana uçuş olacaq

İran aeroportları açdı - Bakıdan Tehrana uçuş olacaq

Tehran İmam Xomeyni adına Beynəlxalq Hava Limanı sabah-dan - 25 apreldən etibarən fəaliyyətini bərpa edəcək.

Bu barədə hava limanının açıqlamasında deyilir.

İlk reyslər İstanbul və Maskat şəhərlərinə həyata keçiriləcək.

Məlumata görə, “İran Air” aviaşirkətinin ilk Bakı-Tehran uçuşu aprelin 30-da baş tutacaq. Uçuşlar həmin gün saat 10:00-da Tehrandan, 13:00-da Bakıdan başlayacaq.
Bakı-Tehran və Tehran-Bakı aviareyslərinə bilet 250 manata satılacaq.

Daha əvvəl İran Mülki Aviasiya Təşkilatı bildirmişdi ki, Kermanşah, Rəşt, Şiraz, Yəzd və Zahidan daxil olmaqla İranın 10 şəhərinin hava limanları şənbə günü fəaliyyətini bərpa edəcək.

İranda hava nəqliyyatı 28 fevralda ABŞ və İsrailin İslam Respublikasına qarşı başladığı müharibə səbəbindən dayandırılmışdı.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
X-də
Teleqram-da
YouTube-də