Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Bakıda şagird məktəbdə özünə xəsarət yetirdi - VİDEO

Bakıda şagird məktəbdə özünə xəsarət yetirdi - VİDEO

Bakıda şagird məktəbdə özünə xəsarət yetirib.

Hadisə aprelin 23-ü 145 nömrəli tam orta məktəbdə baş verib.

VII sinif şagirdi olan qız təhsil müəssisəsinin sanitar qovşağında özünə kəsici alətlə xəsarətlər yetirib. Sinif yoldaşları bununla bağlı müəllimə və məktəb rəhbərliyinə məlumat verib.

Məktəbdən bildirilib ki, şagirdə dərhal ilkin tibbi yardım göstərilib, təcili tibbi yardım xidmətinə və valideynə məlumat verilib. Hazırda onun vəziyyəti qənaətbəxşdir.

Qeyd olunur ki, yeniyetmə sinif yoldaşlarının onu videoya çəkib paylaşacaqları ilə bağlı təhdidlərdən sonra bu addımı atıb. (Apa TV)

 


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
X-də
Teleqram-da
YouTube-də