
ABŞ prezidenti Donald Trampın bəyanatlarına cavab olaraq, İran prezidenti Məsud Pezeşkian və parlament sədri Məhəməddə Baqir Qhalibaf rəsmi Tehranda ikitirəliyin yarandığını təkzib edən birgə açıqlama yayıblar.
Onlar X hesablarında paylaşdıqları birgə mesajda yazıblar: “İranda “sərt xətt tərəfdarları” və ya “mötədillər”’ yoxdur. Biz hamımız iranlı və‘inqilabçıyıq, millət və dövlət arasında dəmir kimi birlik mövcuddur”.
“Millət və hökumətin bu möhkəm birliyi və İslam İnqilabının Liderinə tam itaət sayəsində biz cinayətkar təcavüzkarı əməllərinə görə peşman edəcəyik” – deyə onlar əlavə ediblər.
Prezident və parlament sədri həmçinin bildiriblər: “Bir Allah, bir Lider, bir millət və bir yol — bu yol İranın qələbəsinə aparan yoldur”
Qeyd edək ki, ABŞ rəsmiləri İranda danışıq tərəfdarları ilə hərbi qurum – SEPAH arasında parçalanma yarandığı barədə açıqlamalar veriblər.



