Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Jurnalistin meyiti tapıldı

Jurnalistin meyiti tapıldı

Livanlı jurnalist Amal Xəlilin cəsədi İsrailin hava zərbəsi nəticəsində dağıdılmış evin dağıntıları altından tapılıb.

Bu barədə "Reuters" yüksək rütbəli livanlı hərbçiyə istinadən məlumat yayıb. Xəlilin həlak olduğunu Livanın Milli Xəbər Agentliyi də təsdiqləyib.

Amal Xəlil Livanın “Al-Akhbar” qəzetinin müxbiri işləyirdi.

​​​​​​​Livanın Səhiyyə Nazirliyi bildirib ki, İsrail Amal Xəlil və Zeynəb Fərəc adlı jurnalistləri “təqib edib” və onlar ilk hücumdan sonra sığındıqları evə zərbə endirib. İsrail ordusu isə jurnalistlərin qəsdən hədəf alındığına dair ittihamları rədd edib.

Livanın Mətbuat Klubu başsağlığı verərək bildirib ki, Xəlil “inandığı iş uğrunda həyatını itirib” və zərbəni “İsrailin jurnalistlərə və media işçilərinə qarşı qəsdən apardığı kampaniyanın bir hissəsi” adlandırıb.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
X-də
Teleqram-da
YouTube-də