Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Şagirdlərin nəzərinə: “Əlaçı” yarışına qeydiyyat başlayıb

Şagirdlərin nəzərinə: “Əlaçı” yarışına qeydiyyat başlayıb

İctimai Televiziyada yayımlanan “Əlaçı” intellektual televiziya layihəsinin yeni mövsümü üçün seçim turuna qeydiyyat elan edilir.

Layihənin yeni mövsümündə yalnız ümumi təhsil müəssisələrinin 9-cu sinif şagirdlərinin iştirakı nəzərdə tutulur. Müvafiq sinifdə təhsil alan şagirdlər qeydiyyatdan keçməklə seçim turunda iştirak hüququ əldə edirlər.

Seçim turu 25 aprel 2026-cı il tarixində Bakı şəhəri ilə yanaşı, 11 regionu əhatə etməklə ümumilikdə 12 şəhərdə eyni vaxtda təşkil olunacaq.

Qeyd edək ki, seçim turunda iştirak ödənişsizdir. İştirakçılardan seçim mərhələsində yalnız şəxsiyyət vəsiqəsini təqdim etmək tələb olunur.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
X-də
Teleqram-da
YouTube-də