Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Azərbaycanın 100 metrliyində beynəlxalq hava limanı olacaq

Azərbaycanın 100 metrliyində beynəlxalq hava limanı olacaq
Ermənistan Baş naziri Nikol Paşinyan Azərbaycanla sərhədindən 100 metr məsafədə yerləşən Qafan hava limanı ilə bağlı yeni planlardan danışıb.

Yerli mediayaya açıqlamasında Baş nazir hava limanının beynəlxalq status alması istiqamətində prosesin artıq başlandığını və aeroportun bu istiqamətdə ciddi potensiala malik olduğunu bildirib.

Onun sözlərinə görə, hazırda Qafan aeroportu  müəyyən ölçülü təyyarələri qəbul edə bilir, lakin gələcəkdə daha iri təyyarələrin enişi üçün uçuş-enmə zolağının genişləndirilməsi də nəzərdə tutulur.

Baş nazir qeyd edib ki, aparılan hesablamalar hava limanının beynəlxalq uçuşları qəbul etməyə imkan verəcək səviyyəyə çatdırıla biləcəyini göstərir.

Qeyd edək ki, hazırda Ermənistanın beynəlxalq statuslu iki əsas hava limanı mövcuddur: Zvartnots Beynəlxalq Hava Limanı (İrəvan) və Şirak Hava Limanı (Gümrü).


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
X-də
Teleqram-da
YouTube-də