Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Gəncədə yolların təmiri üçün YOXLAMA - 11 milyon hara xərclənib?

Gəncədə yolların təmiri üçün YOXLAMA - 11 milyon hara xərclənib?

Hesablama Palatası Gəncədə 11 milyon manata yaxın artıq xərclər aşkarlayıb.

Bu barədə Palatanın "Dövlət auditi" bülletenində bildirilir.

Məlumata görə, Gəncə şəhərində yolların əsaslı təmiri, abadlıq işləri, "Gəncə İdman Sarayı"nın tikintisi, eləcə də qəza vəziyyətində olan yataqxana və yaşayış binalarından köçürüləcək sakinlər üçün 249 mənzilli yaşayış binasının inşası üzrə audit aparılıb. Audit 1 yanvar 2023-cü ildən 1 iyul 2025-ci ilə qədər dövrü, ümumilikdə 192 milyon manat vəsaiti əhatə edib.

Audit nəticəsində müəyyən olunub ki, "Gəncə şəhəri, Nizami prospekti ilə Kimyaçılar küçəsinin kəsişməsinin şimal-qərbində" inşa olunan yaşayış binası üzrə artıq iş həcmlərinin smeta sənədlərinə, müqavilənin qiymət cədvəlinə və yerinə yetirilmiş işlərin qəbulu aktlarına daxil edilməsi müqavilə dəyərinin 79 371 manat artırılmasına və podratçıya artıq vəsait ödənilməsinə səbəb olub. Eyni obyekt üzrə işlərin həcmi və dəyərinin ümumilikdə 1 279 485 manat artırıldığı da müəyyən edilib.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
X-də
Teleqram-da
YouTube-də