Kafe sahibini bıçaqlayaraq qəsdən sağlamlığa ağır zərər vurmada təqsirləndirilən Ağa Cəfərovun məhkəməsi yekunlaşıb.
"Unikal"ın verdiyi məlumata görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Firdovsi Əliyevin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı Rauf Malışov ittiham nitqi ilə çıxış edib.
Prokuror məhkəməyə təqsirləndirilən şəxsin 8 il müddətinə azadlıqdan məhrum edilməsini təklif edib.
Vəkil müdafiə çıxışı edib və təqsirləndirilən şəxs son söz deyib.
Məhkəmə daha sonra hökmü elan edib.
Hökmə əsasən, Ağa Cəfərov barəsində ittiham irəli sürülən 221.3-cü (xuliqanlıq) xaric edilərək, ona 6 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib.
Qeyd edək ki, hadisə 2025-ci il ilin oktyabrında paytaxtın Binəqədi rayonu Biləcəri qəsəbəsində yerləşən kafedə qeydə alınıb.
Ağa Cəfərov aralarında yaranmış mübahisə zamanı kafenin sahibi olan Nüsrət Həsənovu bıçaqlayıb.
O dərhal polis əməkdaşları tərəfindən saxlanılıb.
Ona qarşı Cinayət Məcəlləsinin 126.2.4-cü (ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətilə qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham irəli sürülüb.


