Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Tehran mesaj verdi: gərginlik daha da dərinləşir

İranın Pakistandakı səfiri Rza Əmiri Moqaddəm ABŞ-yə yönəlik kəskin bəyanatla çıxış edib.

Səfir Vaşinqtonun siyasətini beynəlxalq hüququ pozmaqda ittiham edib və bunun ciddi nəticələrə gətirəcəyini bildirib.

Diplomatın sözlərinə görə, ABŞ eyni anda həm hərbi təzyiqi artırıb, həm də diplomatiyadan danışa bilməz:

“Siz beynəlxalq hüququ pozmağa davam edib, blokadanı gücləndirib, İrana qarşı yeni hərbi cinayətlər ilə hədələyib, əsassız tələblər irəli sürüb, boş ritorika ilə çıxış edərək eyni zamanda ‘diplomatiya’ apardığınızı iddia edə bilməzsiniz”.

Rza Əmiri Moqaddəm vurğulayıb ki, bölgədə əsas gərginlik mənbəyi məhz dəniz blokadasıdır və bu vəziyyət dəyişmədikcə qarşıdurma riski qalacaq:

“Dəniz blokadası davam etdikcə, parçalanma xətləri də qalacaq”.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
X-də
Teleqram-da
YouTube-də