Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Bakıdan Məkkəyə velosipedlə gedir - VİDEO

Bakıdan Məkkəyə velosipedlə gedir - VİDEO

Özbəkistandan velosipedlə ümrə ziyarətinə gedən zəvvar Azərbaycandan keçib.

Özbəkistan vətəndaşı Qəhrəman Eşmirzəyev velosipedlə yola çıxaraq Səudiyyə Ərəbistanına - Məkkəyə Ümrə ziyarətinə getdiyini bildirib.

O qeyd edib ki, əvvəlcə Tacikistan, Əfqanıstan və İran üzərindən keçməyi planlaşdırsa da, yolların bağlı olması səbəbindən marşrutunu dəyişib. Buna görə də təxminən 40 gün vaxt itirib.

Səyyahla tanış olanlar onu süfrələrinə də dəvət ediblər. Azərbaycan yeməkləri onun xoşuna gəlib.

Qəhrəman Eşmirzəyev vurğulayıb ki, Türkiyəyə keçəndə üzərində pul qalmasa, orada çalışıb pul əldə edib yoluna davam edəcək.

(Xəzər TV)

 


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
X-də
Teleqram-da
YouTube-də