Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Azərbaycanda Həcc kvotası doldu

Azərbaycanda Həcc kvotası doldu

"2026-cı il üzrə Hacc kvotası 100 faiz tamamlanıb".

Bu barədəQafqaz Müsəlmanlar İdarəsinin (QMİ) Xarici Əlaqələr şöbəsinin müdiri, Həcc elektron sistem rəhbəri Vüsal Cahangiri məlumat verib.

O bildirib ki, 1150 nəfər Həcc ziyarətinə getmək üçün qeydiyyatdan keçib.

Bütün ölkələrdə müşahidə edilən qiymət artımları, habelə, Səudiyyə Ərəbistanı Krallığının müvafiq qurumları tərəfindən yeni xidmətlərin təqdim edilməsi ilə əlaqədar olaraq QMİ 2026-cı il Həcc mövsümündə bir nəfər üçün ziyarət paketinin qiymətini 6100 ABŞ dolları (10 370 manat) müəyyən edilib.

Xatırladaq ki, Həcc ziyarətinə getmək istəyənlərin sənəd qəbulu 22 oktyabr 2025-ci il tarixindən etibarən başlayıb.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
X-də
Teleqram-da
YouTube-də