
Tam (11 illik) orta təhsil səviyyəsi üzrə 9 mart 2026-cı il tarixində keçirilmiş buraxılış imtahanlarında iştirakı nəzərdə tutulan 58139 nəfərdən 393 nəfər imtahana gəlməyib.
Bu barədə Dövlət İmtahan Mərkəzindən (DİM) məlumat verilib.
Bildirilib ki, imtahan qaydalarını pozduğu üçün 12 nəfər imtahandan xaric olunub.


