Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Anna Akopyan Paşinyanla bağlı ÇAĞIRIŞ ETDİ

Anna Akopyan Paşinyanla bağlı ÇAĞIRIŞ ETDİ

Anna Akopyan Paşinyanla münasibətlərinin kəsilməsinə baxmayaraq, qarşıdan gələn parlament seçkilərində ona səs verməyə çağırıb.

 "İravunk" qəzetinin məlumatına görə, o, yaxın ətrafına açıq şəkildə Paşinyanın yenidən seçilməsini dəstəklədiyini bildirib və yaxın çevrəsinə də eyni addımı atmağı məsləhət görüb.

"Qoy Paşinyanla münasibətlərimiz sizin ona münasibətinizə təsir etməsin. Mən vətəndaşlıq borcumu yerinə yetirəcəyəm və birmənalı olaraq hazırkı baş nazirə səs verəcəyəm", - deyə o bildirib.

Xatırladaq ki, bu ilin fevralında Anna Akopyan uzun illər vətəndaş nikahında yaşadığı Baş nazir Nikol Paşinyanla ayrılmaq qərarına gəldiklərini sosial mediada elan etmişdi. Cütlüyün bu münasibətlərdən 4 övladı (3 qız, 1 oğlan) var.

Ermənistanda parlament seçkiləri isə iyunun 7-də baş tutacaq. 


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
X-də
Teleqram-da
YouTube-də