Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Epşteyn işinə görə daha bir yüksək vəzifəli işindən atıldı

Böyük Britaniyanın baş naziri Keir Starmer diplomatik xidmət rəhbəri Olli Robbinsi vəzifəsindən azad edib.

Bu, Ceffri Epşteynlə dost olan Peter Mandelsonun ABŞ-a səfir təyin edilməsi ilə bağlı yeni detalların dərc olunmasından sonra baş verib.

Diplomatik xidmət rəhbəri vəzifəsində çalışarkən Robbins həm də xarici işlər nazirinin müavini vəzifəsin daşıyıb.

Britaniya siyasi sistemi elə qurulub ki, nazirlikr rəhbəri vəzifəsi yalnız parlament üzvü tərəfindən tutulur. Bundan əlavə, millət vəkilləri nazir müavini vəzifələrinə təyin olunurlar. Nazirlik rəhbərinin yeganə karyera müavini həmin departamentdə dövlət qulluğu rəhbəridir. Xarici İşlər Nazirliyinə gəldikdə bu, Robbins idi.

The Daily Telegraph qəzetinin məlumatına görə, Starmer Robbinsə işdən çıxarılması barədə 16 aprel axşamı məlumat verib. Onun istefası hələ rəsmi olaraq elan edilməyib. Daha əvvəl The Guardian qəzeti Xarici İşlər Nazirliyinin Mandelsonun təhlükəsizlik icazəsindən keçməməsinə baxmayaraq, onun təyinatında israr etdiyini bildirmişdi. 16 apreldə Böyük Britaniya hökuməti Starmerin Mandelsonun təyinatından xəbərsiz olduğunu iddia edən bir bəyanat yaydı.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
X-də
Teleqram-da
YouTube-də