Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Azərbaycanda genişmiqyaslı peyvənd həftəsi start götürür

Azərbaycanda genişmiqyaslı peyvənd həftəsi start götürür

Azərbaycanda aprelin 19-25-də "İmmunlaşdırma həftəsi" keçiriləcək.

Bu barədə Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, bununla bağlı səhiyyə naziri Teymur Musayev əmr imzalayıb.

Əmrə əsasən respublikanın şəhər və rayonlarında hər hansı səbəbə görə vaksinasiyadan kənarda qalan uşaqların "İmmunlaşdırma həftəsi" çərçivəsində peyvəndlərə cəlb edilməsi, peyvəndlərlə əhatə səviyyəsi xüsusilə aşağı olan rayonlarda monitorinqlərin aparılması, uşaqların vaksinasiyasını həyata keçirən tibb müəssisələrinə immunlaşdırma tədbirlərinin təşkilində metodiki köməkliyin göstərilməsi, əhalinin bu barədə maarifləndirilməsi kimi məsələlərin təşkili nəzərdə tutulur.

"İmmunlaşdırma Həftəsi" zamanı bir sıra rayonlarda sil-silə tədbirlərin keçirilməsi planlaşdırılır. Həmçinin, respublikanın tibb idarə və müəssisələrində əhaliyə paylanması üçün müxtəlif mövzularda poster və yaddaş vərəqələri hazırlanıb.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının təşəbbüsü ilə 2006-cı ildən etibarən hər il Avropa regionunda "İmmunlaşdırma həftəsi" keçirilir və Azərbaycan Səhiyyə Nazirliyi də bu tədbirə qoşulur.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
X-də
Teleqram-da
YouTube-də