Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Şagirdlərini qoruyarkən güllələndi - FOTO

Şagirdlərini qoruyarkən güllələndi - FOTO

Ötən gün Türkiyənin Kahramanmaraş şəhərində orta məktəbdə baş verən silahlı hücum müəllimin ölümü ilə nəticələnib.

Ayşər Çalık Orta Məktəbində 8-ci sinif şagirdi tərəfindən törədilən hücum zamanı 1 müəllim və 8 şagird həyatını itirib.

Hadisə zamanı məktəbdə böyük panika yaşanıb. Əraziyə çoxsaylı təcili tibbi yardım və hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub, yaralılar xəstəxanalara yerləşdirilib.

Faciə nəticəsində həyatını itirən müəllimin riyaziyyat müəllimi Ayla Kara olduğu müəyyən edilib. Bildirilir ki, o, hücum anında şagirdlərini qorumağa çalışarkən güllələrin qarşısına keçərək həyatını itirib.

Ayla Karanın şagirdlərinin üzərinə ataraq onları qorumağa çalışması faciənin ağrısını daha da artırıb.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
X-də
Teleqram-da
YouTube-də