
Ukrayna Prezidenti Volodimir Zelenski Almaniyanın paytaxtı Berlində keçirilən növbəti “Ramştayn” formatlı görüşün nəticələrini açıqlayıb.
Lenskinin sözlərinə görə, Ukraynaya yeni hərbi yardım paketləri təqdim olunacaq. Yardım əsasən pilotsuz uçuş aparatları, hava hücumundan müdafiə sistemləri və logistika imkanlarının gücləndirilməsinə yönəlib.
Məlumata görə, Norveç Ukraynaya dronlar üçün 500 milyon dollar, logistika üçün isə əlavə 150 milyon dollar ayıracaq. Almaniya hava hücumundan müdafiə sistemlərini gücləndirəcək və uzaqmənzilli imkanları artıracaq.
Böyük Britaniya dron tədarükünü davam etdirəcək və müdafiə layihələrinin inkişafında iştirak edəcək. Niderland 200 milyon avro dəyərində pilotsuz uçuş aparatları ayıracaq.
İspaniya SAFE proqramına qoşulacaq, Kanada isə Ukraynaya dəstəyini genişləndirəcək. Belçika mərmi istehsalının maliyyələşdirilməsində və hava müdafiəsində iştirak edəcək.
Litva və Estoniya isə PURL proqramı çərçivəsində maliyyə töhfələri verəcək.
Qeyd edək ki, “Ramştayn” formatı Ukraynaya hərbi dəstəyin koordinasiyası üçün yaradılmış beynəlxalq platformadır.


