Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

İran Hörmüz boğazı ilə bağlı yeni plan təklif edib 

İran Hörmüz boğazı ilə bağlı yeni plan təklif edib 

İran Hörmüz boğazı ilə bağlı gərginliyi azaltmağa yönəlmiş yeni təşəbbüslə çıxış edib.

Bu barədə “Reuters” agentliyi mənbəyə istinadən məlumat yayıb.

Bildirilib ki, Tehran gəmilərin Oman istiqaməti ilə Hörmüz boğazını təhlükəsiz şəkildə tərk etməsinə imkan verən plan təklif edir. Məqsəd mümkün hücum risklərini minimuma endirməkdir.

Lakin mənbə qeyd edib ki, İranın bu ərazini minalardan təmizləyib-təmizləməyəcəyi və ya bütün gəmilər, o cümlədən İsraillə əlaqəli olanlar üçün sərbəst keçidə icazə verib-verməyəcəyi hələlik məlum deyil.

Qeyd olunur ki, bu təklifin reallaşması Vaşinqtonun Tehranın tələblərini qəbul etməsindən asılıdır və bu şərt Hörmüz boğazı ətrafında mümkün razılaşmanın əsas elementi hesab olunur.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
X-də
Teleqram-da
YouTube-də