
İsrailin Baş naziri Benyamin Netanyahu İranla hərbi qarşıdurmanın yenidən başlama ehtimalını istisna etməyib.
O, videomüraciətində İsrailin bütün ssenarilərə hazır olduğunu bildirib.
Netanyahu qeyd edib ki, ABŞ-la məqsədləri üst-üstə düşür:
“Amerikalı müttəfiqlərimiz İranla təmasları barədə bizi daim məlumatlandırır. Məqsədimiz eynidir – zənginləşdirilmiş uranın İrandan çıxarılması və onun qaldırılmasıdır. Eyni zamanda, boğazların açıq qalmasını istəyirik”.


