Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

İran uranın zənginləşdirilməsini müzakirə edəcək

İran uranın zənginləşdirilməsini müzakirə edəcək

İran hakimiyyəti uranın zənginləşdirilməsi səviyyəsi və üsulları ilə bağlı ABŞ ilə müzakirələr aparmağa hazırdır.

Bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi bildirib.

Onun sözlərinə görə, bu məsələ yeni deyil və Tehran əvvəllər də dialoqa açıq olduğunu bəyan edib:

“Biz hər zaman zənginləşdirmə üsulları və səviyyəsi ilə bağlı müzakirələrə hazır olduğumuzu bildirmişik. Lakin eyni zamanda qeyd etmişik ki, İran öz ehtiyaclarını nəzərə alaraq uranı zənginləşdirmək imkanına malik olmalıdır”.

Bəqayi əlavə edib ki, İranın nüvə proqramı ilə bağlı məsələlər Vaşinqtonla aparılan danışıqlarda əsas fikir ayrılıqlarından biri olaraq qalır və bu mövzu üzrə müzakirələr davam edəcək.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
X-də
Teleqram-da
YouTube-də