Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Dövlətə xəyanətdə təqsirləndirilən şəxsə hökm oxundu

Dövlətə xəyanətdə təqsirləndirilən şəxsə hökm oxundu

Dövlətə xəyanət etməkdə təqsirləndirilən Zamanlı İsmayıl Rafail oğlu barəsində Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən başlanmış cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

İşə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Telman Hüseynovun sədrliyi ilə baxılıb.

Məhkəmənin hökmünə əsasən, təqsirləndirilən şəxs 16 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd olunub ki, İsmayıl Zamanlı Azərbaycan Respublikasının suverenliyi, ərazi toxunulmazlığı, dövlət təhlükəsizliyi və müdafiə qabiliyyəti zərərinə olaraq qəsdən casusluq formasında dövlətə xəyanət etməkdə ittiham olunub. O, DTX tərəfindən həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində saxlanılaraq istintaqa cəlb edilib.

Təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə ittiham irəli sürülüb.(APA)


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
X-də
Teleqram-da
YouTube-də