Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Azərbaycan Türkiyəyə başsağlığı verdi

Azərbaycan Türkiyəyə başsağlığı verdi

Azərbaycan Xarici İşlər Nazirliyi Türkiyədə dünən və bu gün məktəblərə silahlı hücumlarla bağlı başsağlığı verib.

Bu barədə XİN-in “X” hesabında bildirilib.

“Qardaş Türkiyədə bu gün və dünən orta məktəblərdə baş vermiş silahlı hücum hadisələri bizi dərindən kədərləndirdi. Həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, bu zorakılıqdan zərər çəkən hər kəslə, qardaş Türkiyə xalqı və hökuməti ilə həmrəy olduğumuzu bildiririk. Yaralananlara tezliklə şəfa diləyir, bu ağır günlərdə qardaş Türkiyə xalqına səbir və güc arzulayırıq”,-deyə paylaşımda bildirilib.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
X-də
Teleqram-da
YouTube-də