Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

İranda xristianlar Trampı pisləyib

İranda xristianlar Trampı pisləyib

İran Parlamentində təmsil olunan xristian icmalarının nümayəndələri Roma Papası Papa XIV Leoya ünvanladıqları bəyanatda ABŞ prezidenti Donald Trampın fikirlərini kəskin şəkildə pisləyiblər.

Bəyanatda İranın “cinayətkar düşmənlər tərəfindən hücuma məruz qalması” ilə bağlı Papaya göstərdiyi mövqeyə görə təşəkkür ifadə olunub. Eyni zamanda, Trampın Papa barədə səsləndirdiyi fikirlər “təhqir” kimi qiymətləndirilib.

Sənəddə qeyd olunur ki, İran Parlamentində təmsil olunan assur, xaldey katolik, erməni katolik və erməni apostol icmaları adından çıxış edən deputatlar bu cür ifadələri qəbuledilməz hesab edirlər.

Bəyanatda vurğulanıb ki, dini liderlərin, eləcə də İsa Məsihin təhqir olunması həm xristianlıq prinsiplərinə, həm də sülh, ədalət və humanizm dəyərlərinə ziddir.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
X-də
Teleqram-da
YouTube-də