Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Azərbaycanda alimentlə bağlı qərar başqa ölkələrdə də tanınacaq 

Azərbaycanda alimentlə bağlı qərar başqa ölkələrdə də tanınacaq 

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin bugünkü iclasında “Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında” 2002-ci il 7 oktyabr tarixli Konvensiyaya dəyişiklikləri nəzərdə tutan protokol nəzərdən keçirilib.

Sənəd əsasən yetkinlik yaşına çatmayan uşaqlarla bağlı aliment öhdəliklərinin icrasına dair məhkəmə qərarlarının tanınması və icrasının daha effektiv təşkilinə yönəlib.

Layihədə Konvensiyanın bir sıra maddələrinə dəyişikliklər edilərək, məhkəmə qərarlarının digər dövlətlərdə tanınması prosedurları daha aydın və operativ mexanizmlərlə tənzimlənir. Bununla yanaşı, qərarların icrası üçün tələb olunan sənədlər və onların təqdim olunma qaydaları konkretləşdirilir.

Protokolda həmçinin qərarların tanınması və icrası ilə bağlı vəsatətlərin verilməsi, aidiyyəti məhkəmələrin səlahiyyətləri və tərəflərin hüquqi statusu geniş şəkildə əksini tapıb.

Qeyd edilib ki, bu dəyişikliklər dövlətlər arasında hüquqi əməkdaşlığın daha səmərəli qurulmasına, eyni zamanda uşaqların sosial müdafiəsinin gücləndirilməsinə xidmət edəcək.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
X-də
Teleqram-da
YouTube-də