Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Kılıçdaroğluna həbs cəzası verildi

Kılıçdaroğluna həbs cəzası verildi

Türkiyənin Cümhuriyyət Xalq Partiyasının (CHP) keçmiş sədrinə həbs cəzası kəsilib.

Mersin 3-cü Asliye Cinayət Məhkəməsində keçirilən iş üzrə qərar çıxarılıb.

CHP-nin sabiq sədri Kemal Kılıçdaroğlu “Prezidentə təhqir” ittihamı ilə 11 ay 20 gün həbs cəzasına məhkum edilib.

Kemal Kılıçdaroğlunun vəkilləri ittihamları qəbul etməyərək, bu qərardan apellyasiya şikayəti verəcəklərini bildiriblər.

Cəzanın icra prosesi ictimaiyyət tərəfindən yaxından izlənilir.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
X-də
Teleqram-da
YouTube-də