Türkiyə milli komandasının keçmiş futbolçusu Tanju Çolak karantin qaydalarını pozub.
RegionTV.info xəbər verir ki, veteran hücumçu dostları ilə birgə restoranda nahar edərək, sosial şəbəkədə paylaşıb. O, həmin videoda yeməyi belə tərifləyib: "İki dünya savaşı, dörd dünya çempionatının finalını gördüm, amma belə bir qaz görmədim".
Faktla əlaqədar araşdırmala başlanılıb. Məlum olub ki, görüntülər yanvarın 27-də İstanbuldakı restoranların birindəndir. Nəticədə obyekt sahibi və nahar edənlər ümumilikdə 13 876 türk lirəsi (3 219 manat) cərimələniblər.
Qeyd edək ki, Tanju Çolak futbolçu karyerası ərzində "Samsunspor", "Qalatasaray", "Fənərbağça" və "İstanbulspor" klublarının formasını geyinib. O, 1984 - 1991-ci illərdə Türkiyə millisində oynayıb. Çolak Türkiyə çempionluğu və kubokundan əlavə, bir sıra fərdi nailiyyətlərə imza atıb. Onun ən böyük uğuru isə 1987/1988 mövsümündə 39 qolla Avropanın ən yaxşı bombardiri sayılmasıdır.
Report
Xəbəri paylaş