Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

"Qəbələ" öz meydanında uduzdu

"Qəbələ" öz meydanında uduzdu

Futbol üzrə Azərbaycan Premyer Liqasında XXVII turun daha bir oyunu keçirilib.

 "Qəbələ" öz meydanında "İmişli"ni qəbul edib. Görüş qonaqların 1:0 hesablı qələbəsi ilə başa çatıb. Yeganə qolu 45-ci dəqiqədə Dieqo Rollo vurub.

Bu nəticədən sonra xallarını 26-ya çatdıran "İmişli" 9-cu pillədə qərarlaşıb. "Qəbələ" isə 19 xalla 11-ci sırada qalıb.

Tura bu gün Tovuz şəhər stadionunda keçiriləcək "Turan Tovuz" - "Sumqayıt" matçı ilə yekun vurulacaq. Qarşılaşma saat 18:00-da start götürəcək.

Qeyd edək ki, turun əvvəlki oyunlarında "Karvan-Yevlax" "Kəpəz"ə 4:1, "Neftçi" "Araz-Naxçıvan"a 2:1 hesabı ilə qalib gəlib, "Sabah" - "Zirə" (2:2) və "Şamaxı" - "Qarabağ" (0:0) oyunlarında isə qalib müəyyənləşməyib


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
X-də
Teleqram-da
YouTube-də