Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Türkiyə prokurorluğu Netanyahunun ömürlük həbsini tələb edir

Türkiyə prokurorluğu Netanyahunun ömürlük həbsini tələb edir

Türkiyə prokurorluğu İsrailin Baş naziri Benyamin Netanyahu və bir sıra hökumət və hərbi rəhbərlərə qarşı ağır ittihamlar irəli sürüb.

Bu barədə “Hürriyet” qəzeti məlumat yayıb.

Məlumata görə, prokurorluq Netanyahu və digər şəxslər üçün ömürlük həbs cəzası, eləcə də 1102 ildən 4596 ilə qədər azadlıqdan məhrumetmə cəzası tələb edir.

Bildirilib ki, onlar insanlığa qarşı cinayətlər, soyqırımı, qanunsuz azadlıqdan məhrum etmə, qəddar rəftar, əmlaka ziyan vurma, talançılıq və nəqliyyat vasitələrinin ələ keçirilməsi kimi ittihamlarla üzləşirlər.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
X-də
Teleqram-da
YouTube-də