Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Şəkidə zəncirvari qəza: minik maşını çaya düşdü

Şəkidə zəncirvari yol qəzası baş verib. 
RegionTV.info-nun məlumatına görə, hadisə bu gün axşam saatlarında Şəki şəhərinin 20 Yanvar küçəsində qeydə alınıb.
"Toyota Prado” markalı 55 BC 355 dövlət nömrə nişanlı, "VAZ 21015” markalı 55 BO 938 dövlət nömrə nişanlı və "Mersedes E 240” markalı 55 BU 522 dövlət nömrə nişanlı minik avtomobilləri qəza törədib. Qəzadan sonra "Toyota Prado” markalı minik avtomobili ərazidən keçən Qyrcana çayına düşüb. 
Qəza zamanı hər üç avtomobilə ciddi ziyan dəysə də, xəsarət alan olmayıb.
Faktla bağlı araşdırma aparılır.
APA

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də