Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

İslamabaddakı görüş Azərbaycan neftini ucuzlaşdırdı

İslamabaddakı görüş Azərbaycan neftini ucuzlaşdırdı

Dünya bazarlarında "Azeri Light" markalı Azərbaycan nefti dəyər itirib.

Azərbaycan neftinin 1 bareli üçün qiymət 5,05 ABŞ dolları ucuzlaşaraq 119,98 ABŞ dollarına düşüb.

Dünya neft qiymətlərinə ABŞ-la İran arasında 2 həftəlik atəşkəs razılaşması və bu gün Pakistan paytaxtı İslamabadda keçiriləcək görüşün təsir göstərəcəyi bildirilir. 

Qeyd edək ki, Azərbaycanın dövlət büdcəsində Azərbaycan neftinin 1 barelinin orta qiyməti 65 ABŞ dollarından hesablanıb.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
X-də
Teleqram-da
YouTube-də