Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

10 saat ölmüş sayılan qadın dəfn qabağı “dirildi” - VİDEO

RegionTV.info 
83 yaşlı ukraynalı Kseniya Didux qohumları tərəfindən dəfn edilməyə hazırlanarkən "dirilib”.
Bu barədə "Youtube” kanalında hazırlanmış süjetdə deyilir.
Bildirilir ki, Ukraynanın Vinnits əyalətindən olan təqaüdçü 10 saat heç bir həyat  əlaməti göstərməyib. Həkimlər onun nəbzi və təzyiqini ölçsələr də, cihazlar heç nə göstərməyib. Hətta həkimlər tərəfindən çıxarılan kardioqramda da düz xətt görünüb. Bundan sonra tibb işçiləri qohumlarına qadını "son mənzilə” hazırlaşmağı məsləhət görüblər. 
Yaxınları Diduxu dəfn etməyə hazırlaşan zaman isə qadın ayılıb. Bildirilir ki, qadın bundan öncə artıq iki dəfə klinik ölüm keçirib.

Oxu.az

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də