Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

İki aydır tələbələrin təqaüdü ödənilmir - VİDEO

İki aydır tələbələrin təqaüdü ödənilmir - VİDEO

Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında 2 aydır tələbələrin təqaüdü ödənilmir.

Tələbələr sosial şəbəkələrdə etdikləri paylaşımlarda belə ediblər. 

Tələbələr bildirir ki, bununla bağlı rəhbərliyə müraciət etsələr də, məsələyə aydınlıq gətirən olmayıb.

Rəssamlıq Akademiyasından bildirilib ki, məsələ rəhbərlik tərəfindən ciddi nəzarətə götürülüb. Hazırda müvafiq sənədləşmə işlərinin qısa müddət ərzində tamamlanması və gecikmiş təqaüdlərin tam şəkildə ödənilməsi istiqamətində işlər intensiv şəkildə davam etdirilir. Gecikmənin səbəbləri aradan qaldırılaraq, ödənişlərin yaxın zamanda tam şəkildə həyata keçirilməsi nəzərdə tutulur", - deyə təhsil müəssisəsindən bildirildi.

 


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
X-də
Teleqram-da
YouTube-də