Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Dövlət qurumlarında işləyənlərin maaşı ilə bağlı yeni QƏRAR

Dövlət qurumlarında işləyənlərin maaşı ilə bağlı yeni QƏRAR

Dövlət büdcəsindən maliyyələşən təşkilatların büdcədənkənar vəsaitləri, habelə fəaliyyətindən əldə olunan gəlirləri hesabına verilən vəzifə maaşına əlavələrin, mükafatların və digər ödənişlərin yuxarı hədləri müəyyənləşdiriləcək.

Bununla bağlı Maliyyə Nazirliyinə müvafiq tapşırıqlar verilib.

Belə ki, Maliyyə Nazirliyi icra prosesində müəyyən ediləcək aidiyyəti dövlət orqanları (dövlətin hüquqi şəxsləri) ilə razılaşdırmaqla dövlət büdcəsindən maliyyələşən təşkilatların büdcədənkənar vəsaitləri, habelə fəaliyyətindən əldə olunan gəlirləri hesabına verilən vəzifə maaşına əlavələrin, mükafatların və digər ödənişlərin yuxarı hədləri ilə bağlı təkliflərini 5 ay müddətində Nazirlər Kabinetinə təqdim etməlidir.("Trend")


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
X-də
Teleqram-da
YouTube-də