
Mingəçevirdə bıçaqlanan 2003-cü il təvəllüdlü T.Kərimovanın son durumu açıqlanıb.
TƏBİB-dən verilən məlumata görə, saat 17:00 radələrində Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə 2003-cü il təvəllüdlü şəxs (qadın) hospitalizasiya olunub. Pasiyentə döş qəfəsinin sol yarısında çoxsaylı kəsilmiş yaralar və pnevmotoraks diaqnozu təyin olunub. Zəruri tibbi xidmətlər göstərilən pasiyentin müalicəsi müvafiq şöbədə davam etdirilir, vəziyyəti ağır qiymətləndirilir.
Qeyd edək ki, ona xəsarət yetirməkdə əri, 2000-ci il təvəllüdlü E.Kərimov şübhəli bilinir. O, polis əməkdaşları tərəfindən saxlanılıb.
Faktla bağlı araşdırma aparılır. (Report)


